Bakıda ŞOK OLAY: dostlar mübahisə edib maşınlarını toqquşdurdular, sonra...

Baxış sayı:
2893

Bakıda qətl törətməkdə təqsirli bilinən Qabil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə baş tutan prosesdə hökm oxunub.

Qabil Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il Xızı rayonunun Giləzi-Xızı yolunda baş verib. 38 yaşlı Vamiq Cəfərov avtoyumada maşınını saxlayıb.

Onun 41 yaşlı dostu Qabil Məmmədov da həmin yerə gəlib və maşınını orada saxlayıb.

Buna görə Vamiq Cəfərov həmkəndlisinə irad bildirib, maşınını onun maşınından kənarda saxlamasını istəyib.

Qabil Məmmədov isə bununla razılaşmayıb və onların aralarında mübahisə yaranıb.

Vamiq Cəfərov əsəbiləşərək maşını ilə Qabil Məmmədovun maşınına zərbə endirib və ərazidən uzaqlaşıb.

Daha sonra Qabil Məmmədov maşını ilə Vamiq Cəfərovun arxasınca gedib. Yolda onlar maşınlarını yenə bir-birinə vurublar.

Qabil Məmmədov maşından düşərək Vamiq Cəfərovun maşınına tərəf gedib, qapını açaraq ona bıçaqla zərbə endirib və oradan qaçıb.

Bıçaq zərbəsi Vamiq Cəfərovun ürək nahiyəsinə dəyib. Hadisə nəticəsində zərərçəkmiş dünyasını dəyişib.

İstintaq orqanı tərəfindən Qabil Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228-ci (soyuq silah saxlama) maddələri ilə ittiham elan edilib.