Bakıda ŞOK DƏLƏDUZLUQ - Evini və ticarət obyektini...

Baxış sayı:
3604

Paytaxt sakinini aldadaraq evini və ticarət obyektini mənimsəyən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Bakı şəhər sakini F.İsmayılov 2017-ci il aprel ayının 15-dən cari il may ayının 21-dək olan müddətdə paytaxt sakini A.Rəsulovun onu aldadaraq 165 min manatını, 4 mənzilini və 1 ticarət obyektini ələ keçirdiyini bildirib. Polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən A.Rəsulov saxlanılıb.