Bakıda ŞOK CİNAYƏT – 170 min manatlıq toyuq oğurlandı
15-04-2019 11:58
Baxış sayı:
12151
Bakıda oğurluq etmiş 4 nəfər tutulub.
Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 13-də Hövsan qəsəbəsi ərazisindəki fabriklərin birindən 170.000 manat dəyərində toyuq və toyuq məhsulları oğurlamaqda sübhəli bilinənlər - Binə qəsəbə sakinləri E.Ağayev, H.Qasımov, M.Seyidov və S.Hüseynov saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.