​BAKIDA SİLAHLI BASQIN - Niyyətini reallaşdıra bilmədi

Baxış sayı:
11131

Bakıda aptekə basqın edilib.
Muxalifet.az xəbər verir ki, gecə saat 04 radələrində Nəsimi rayonu Rəşid Behbudov küçəsi 138 ünvanında yerləşən “Alma” aptekə gələn naməlum şəxs bıçaqla satıcıya hücum edib. O, kassadakı pulların verilməsini tələb edib. Xoşbəxtlikdən satıcı, 1995-ci il təvəllüdlü Rəsul Məmmədyarov xəsarət almayıb. Niyyətini sona çatdıra bilməyən naməlum şəxs qaçaraq ərazidən uzaqlaşıb.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsində araşdırma aparılır, ərazidəki müşahidə kameralarının görüntüləri nəzərdən keçirilir.