​Bakıda səfirlik avtomobili qəzaya uğradı

Baxış sayı:
8392

Bakıda Küveyt səfirliyinə məxsus olan avtomobil qəzaya düşüb.
Məlumata görə, Yasamal rayon İzmir küçəsində Küveyt səfirliyinə məxsus olan “Toyota” markalı, 043D014 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxt sakini Nicat Hacıbalayevin sürdüyü “Mercedes” toqquşub.
Hadisə nəticəsində ciddə xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə zərər dəyib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır./Publika