​Bakıda saxta dollar əməliyyatı - HƏBSLƏR VAR

Baxış sayı:
4852

Dünən saat 13:55 radələrində Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Rabitə Bank”ın “Yasamal” filialında külli miqdarda saxta dolları dəyişmək istəyən əcnəbi ölkə vətəndaşları tutulub.
Muxalifət.az xəbər verir ki, Çin Xalq Respublikasının vətəndaşları 1988-ci il təvəllüdlü Chen Vonq Lin, 1963-cü il təvəllüdlü Lin Zhi Fanq və Rusiya Federasiyası, Dağıstan Respublikasının vətəndaşı 1966-cı il təvəllüdlü Rəsulov Məhəmmədrəsul Muxtaroviçi saxta 18900 ABŞ dolları olan əskinazları dəyişmək istəyərkən tutulublar. Onlar maddi subut ilə birgə saxlanılaraq polis idarəsinə təhvil veriliblər.