Bakıda saki̇nləri̇n su çənləri̇ni̇ belə sökdülər - PROSES BAŞLADI - VİDEO
5-01-2019 15:23
Baxış sayı:
6487
Bakının Nizami rayonunda binaların üstündə yerləşdirilmiş sakinlərə məxsus ehtiyat su çənləri sökülür. Muxalifet.az A24.Az-a istinadən xəbər verir ki, rayonun Naxçıvanski 39 ünvanında yaşayan sakinlərin su çənləri artıq sökülür. Əraziyə cəlb olunan texnika vasitəsilə 5 mərtəbəli binanın üstündə yerləşdirilmiş çənlər aşağı endirilir. Proses zamanı bir çox sakinlərin evinə su sızıb. Qeyd edək ki, çənlərin hansı səbəblə sökülməsilə bağlı sakinlərə heç bir məlumat verilməyib.