​Bakıda Rusiya və Amerika generalları arasında kritik görüş - YENİLƏNİB

Baxış sayı:
766

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda NATO-nun Avropadakı Silahlı Qüvvələrinin baş komandanı, ordu generalı Körtis Skaparroti ilə görüşüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, danışıqlar zamanı tərəflər Avropa regionunda NATO və Rusiyanın hərbi fəaliyyətini, etimad tədbirlərinin artırılması və insidentlərin qarşısının alınması məsələlərini müzakirə ediblər.
Tərəflər həmçinin Suriyadakı vəziyyətlə bağlı müzakirələr aparıblar və beynəlxalq terrorizmə qarşı mübarizədə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar.
 
*   *   *12:55
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıya gəlib.
“RİA Novosti”n bildirir ki, V.Gerasimov Bakıda NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparotti ilə görüşəcək.
Qeyd olunub ki, tərəflər Avropa regionunda NATO və Rusiyanın hərbi fəaliyyətini, eləcə də Suriyadakı vəziyyəti müzakirələr edəcəklər.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Gerasimov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcək.