​Bakıda ruhi xəstə özünü asdı

Baxış sayı:
2623

1 saylı Respublika Psixiatriya Xəstəxanasında intihar hadisəsi baş verib. BiG.AZ xəbər verir ki, bu barədə oxu.az-a Sabunçu rayon hüquq-mühafizə orqanlarından məlumat verilib. İyulun 7-də 1951-ci il təvəllüdlü Vladimir Sinominko Qonomiç palatada çarpayısına çıxaraq özünü asıb. İntiharın səbəbi məlum deyil. Bunun ruhi xəstəliklə bağlı olduğu güman edilir.