​Bakıda ər və arvadı dəhşətli qəzaya düşdü – ÖLƏN VƏ YARALANAN VAR

Baxış sayı:
8260

Bakı şəhərinin Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
Dünən saat 11650-də Sahil qəsəbəsi ilə Hacı Zeynalabdin Tağıyev qəsəbəsini birləşdirən yolda "VAZ 2121 -Niva" və "Toyota" markalı iki avtomobil toqquşub.
Qəza nəticəsində "Niva"nı idarə edən 1970-ci il təvəllüdlü sürücü həlak olub, onun xanımı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./Publika