​Bakıda QƏZA: Kirayə götürdüyü “Gelandewagen”i “Şaqman”a çırpdı - VİDEO

Baxış sayı:
11419

Bakının Heydər Əliyev prospektində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az Oxu.Az-a istinadən xəbər verir ki, "Gelandewagen”in sürücüsü, 1991-ci il təvəllüdlü Məmmədov Nicat Şamil oğlu sürət həddini aşaraq qarşıda gedən "Şaqman” yük maşınının çırpılıb.
Qəza nəticəsində "Gelandewagen” yolun əks istiqamətinə keçib.
Avtomobilin sürücüsü Məmmədov Nicat və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, sürücü Məmmədov Nicat "Gelandewagen”i bir günlük "Rent a car”dan kirayə götürüb.
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırmalar aparılır.