Bakıda quraşdırılan kitab dayanacağı söküldü - VİDEO

Baxış sayı:
7259

Bir neçə gün əvvəl paytaxda yaradılan ''Kitab dayanacağı'' söküldü. 

Muxalifet.az xəbər verir ki, bu haqda ''Xəzər Xəbər" məlumat yayıb.

Qeyd edək ki sosial layihə çərçivəsində ilk olaraq həmin ''Kitab dayanacağı'' paytaxtın Nərimanov rayonu Nazim Hacıyev küçəsində qoyulub. Amma səhər saatlarında Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət departamentinin əməkdaşları kitabları götürərək dayanacağın söküntüsünə başlayıblar. Onlar buna səbəb kimi həmin dayanacağının əraziyə icazəsiz qoyulmasını göstəriblər.

Layihənin kordinatoru Ramil Hüseynzadə deyir ki, həmin dayanacaq SOCAR-ın Nərimanov rayonundakı idarəsinin qarşısında qoyulduğu üçün onlardan rəsmi qaydada icazə alıblar. Qeyd edək ki, sözügedən dayanacaqdan kitab götürüb oxuyan insanlar da həmin yerin sökülməsindən narahatdırlar. Sakinlər sosial layihəni dəstəkləməklə yanaşı onu da qeyd ediblər ki, bu dayanacaq insanlarda kitab oxuma vərdişlərini artırmağa kömək üçün yaxşı vasitədir.

Məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət departamentindən ''Xəzər Xəbər''ə bildirilib ki, ''Kitab dayanacağı''nın həmin ünvana qoyulması üçün onlardan icazə alınmalı idi. Layihənin rəhbərləri rəsmi qaydada icazə almadıqları üçün həmin dayanacaq ordan götürüləcək.