​Bakıda QORXULU ANLAR: lüks avtomobil hipermarketə girdi - FOTO

Baxış sayı:
5353

Bu gün Bakı şəhərinin Nizami rayonunda avtomobil qəzası baş verib.
Heydər Əliyev prospektində yeni açılan "Bravo" hipermarketinin dayanacağındakı avtomobillərdən biri sürücünün idarəetməni itirməsi nəticəsində marketə girib. Qadın sürücü avtomobili işə salarkən ehtiyatsızlıq edib və "Audi" markalı lüks avtomobil yan şüşələri dağıdaraq marketin salonuna daxil olub.
Qəza nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.