Bakıda qohumlar naməlum şəxslər tərəfindən döyüldü - ÖLƏN VAR

Baxış sayı:
3611

Paytaxtda ölümlə nəticələnən döyülmə hadisəsi baş verib.

"Report"un məlumatlna görə, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsi "Zeytun bağları" adlanan ərazidə qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Piriyev Bağır Bağman oğlu qapalı kəllə-beyin travması, qardaşı oğlu, 1990-cı il təvəllüdlü Piriyev Filman Bəhruz oğlu isə bədənin müxtəlif dərəcəli travması diaqnozları ilə xəstəxanaya çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq, B.Piriyev xəstəxanada dünyasını dəyişib. F.Piriyevin dediyinə görə, onlar tanımadıqları şəxslər tərəfindən döyülüblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.