​Bakıda qız özündən 6 yaş kiçik sevgilisini oteldə öldürdü - TƏFƏRRÜAT

Baxış sayı:
4219

Bakıda oteldə qətl törətməkdə təqsirli bilinən Günel Hüseynova barəsində çıxarılan hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayəti edib.
Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, təqsirləndirilən şəxsin şikayəti ilə bağlı məhkəmə baxış iclası may ayının 3-də hakim Habil Məmmədovun sədrliyi ilə keçiriləcək.
İttihama görə, ötən il iyulun 26-da Binəqədi rayonu ərazisindəki otellərin birində Sabunçu rayon sakini, 31 yaşlı Günel Hüseynova 25 yaşlı sevgilisi Vüqar Atakişiyevlə otelin ikinci mərtəbəsindəki otağı kirayələyib.
Oteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb.
Mübahisə daha sonra hamam otağında davam edib.
Bu zaman Günel Əliyeva bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Oğlan boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.
Hadisə ilə bağlı polisə məlumat daxil olan kimi əraziyə Binəqədi rayon Polis İdarəsi və Prokurorluğun əməkdaşları cəlb edilib.
Günel Hüseynova isə elə hadisə yerindəcə saxlanılıb.
İlkin ifadəsi zamanı oğlanın ona evlənmək vəd etdiyini bildirib. Qadının sözlərinə görə, həmin hadisədən sonra onların arasında yaxınlıq davam edib və sonuncu görüşlərində oğlanın onunla evlənməyəcəyini görərək onu öldürmək qərarına gəlib.
İstintaq orqanı tərəfindən Günel Hüseynovanın barəsində Cinayət Məcəlləsini (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.