​Bakıda qaymağın son istifadə tarixi hər kəsi təəccübləndirdi - FOTO

Baxış sayı:
6628

Bu gün sosial şəbəkələrdə qaymağın üzərində son istifadə tarixinin 30.02.2019-cu il qeyd edilməsi ilə bağlı məlumat yayılıb.
Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-a bildirilib ki, fotoşəkil mediadan götürülərək araşdırılması üçün Agentliyin müvafiq şöbələrinə yönləndirilib.
“Artıq bununla bağlı araşdırmalara başlanılıb. Araşdırmaların nəticələrinə uyğun olaraq, qanunvericiliyin tələbləri  çərçivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - agentlikdən qeyd olunub.
Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda qida məhsulunun adı, istehsal tarixi, istehsal partiyası, istehsalçı şirkət məlumatları ilə bağlı Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər.