Bakıda QANDONDURAN HADİSƏ: KamAZ qadının üstündən keçdi – FOTO

Baxış sayı:
124

Bakının Binəqədi rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Verilən məlumata görə, qəza Biləcəri qəsəbəsinin girişində, "Sarı market"in qarşısında baş verib.
Belə ki, KamAZ markalı yük avtomobili yüksək sürətlə hərəkət edərkən yolu keçmək istəyən 40-45 yaşı olan qadını vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Bakıda QANDONDURAN HADİSƏ: KamAZ qadının üstündən keçdi – FOTO