​Bakıda qadınlar ərəblərin pulunu və pasportlarını oğurladı

Baxış sayı:
7153

Bakıda iki qadın ərəb turistlərinin pullarını və şəxsiyyət vəsiqələrini oğurlayıb.
Muxalifet.az-ın məlumatına görə, paytaxtda turist kimi səfərdə olan Bəhreyn vətəndaşları -1998-ci il təvəllüdlü Mujjeb Əhməd Nasir Bəhrahi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, həmyerlisi 1998-ci il təvəllüdlü Yasir Məhəmməd Saleh ilə birlikdə Cəfər Cabbarlı küçəsində yerləşən oteldə olan zaman adını bilmədiyi iki qadın tərəfindən onların 300 dinar pulları və pasportları oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.