Bakıda qadını “Niva”dan düşürüb polis maşınına mindirdilər

Bakının mərkəzində polislə qadın arasında insident yaşanıb.
 
Polis ona tabe olmayan xanımı zorla post-patrul avtomobilinə mindirərək aparıb.
Criminal.az-ın verdiyi məlumata görə, hadisə Fəvvarələr Meydanında yerləşən ”Otto” gecə klubunun qarşıısnda baş verib.
”Niva” markalı 10 NJ 666 dövlət nömrə nişanlı avtomobilin sürücüsü maşını arxaya sürən zaman post-patrul avtomobili gəlib. Polis əməkdaşı sürücüyə maşını arxaya verməsini istəyib. Sürücü isə buna etiraz edib. Bu zaman polislər maşından düşərək sürücünü maşına mindiriblər.
”Niva”da olan qadın buna etiraz edən zaman qızı zorla, qışqırdaraq maşına basıblar.