Bakıda qadına qarşı ŞOK HƏRƏKƏT: izlədi, 5-ci mərtəbədə...

Baxış sayı:
229

Bakıda soyğunçuluq hadisəsi baş verib.
Polisə müraciət edən Kərimova Fatı Məmməd qızı bildirib ki, dünən saat 12 radələrində Cavadxan küçəsi 65 ünvanındakı binanın dəhlizində naməlum şəxs ona hücum edib. Qadın bildirib ki, binanın dəhlizinə daxil olaraq 5-ci mərtəbəyə qalxıb və mənzilə daxil olmaq istəyərkən onu izləyən şəxs qəfil hücum edərək əl çantasını zorla əlindən alıb. Naməlum şəxs qaçaraq ərazidən uzaqlaşıb.
Qadın bildirib ki, çantada 530 manat pul, təqaüd kartı və digər sənədlər olub.
İlkin ehtimala görə, soyğunçu qadını bankomatdan pul çıxarandan sonra izləməyə başlayıb və binanın dəhlizində planını həyata keçirib.
Faktla bağlı araşdırma aparılır