​Bakıda qadın türkiyəli biznesmeni aldatdı - 50 MİN MANATLIQ DAVA

Baxış sayı:
3616

Bakıda biznes fəaliyyəti ilə məşğul olan türkiyəli iş adamı üzləşdiyi dələduzluq əməli ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
 
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinə müraciət edən 1960-cı il təvəllüdlü Axıska İlhan Kamil oğlu bildirib ki, bir müddət əvvəl 1970-ci il təvəllüdlü Məmmədova Sevda İlyas qızı onun işlətdiyi “Zeyko” mebel salonundan mebel alıb. Lakin həmin şəxs mebelin dəyəri olan 50 min manat pulu söz verdiyi vaxtda çatdırmayıb və ödənişi etməkdən boyun qaçırıb.
Türkiyəli biznesmen məsələnin hüquq-mühafizə orqanları tərəfindən həll edilməsini xahiş edib.
Araşdırma aparılır.