Bakıda qaçırdığı BMW ilə İsmayıllıda qəza törətdi

Baxış sayı:
15781

Bakıda oğurlanan avtomobil qəzaya düşüb. Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə müraciət edən Sahil qəsəbə sakini E.Cəfərov sentyabrın 30-da saat 21 radələrində qəsəbə ərazisindən BMW markalı avtomobilinin qaçırıldığını və İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsinin törədilməsini bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qəbələ rayon sakini Ə.Osmanlı saxlanılıb. Faktla bağlı araşdırma aparılır.