Bakıda polis hər yerdə onu axtarır - VİDEO

Baxış sayı: 122

Bakıda ərzaq mağazalarından birindən oğurluq olub.
 
Xəzər xəbər məlumat verir ki, bir gənc satıcının başının qarışdığını görüb və piştaxtanın arxasındakı kassadan 2 min manat pulu götürüb.
Görüntülərdən aydın olur ki, mağazada özünü müştəri kimi qələmə verən şəxs guya ərzaq mallarına baxır.
Satıcının digər müştərilərə başının qarışdığını görən kimi planını icra edir. Ancaq oğurluğunun kameraya düşdüyünü bilmir.
Görüntülər paytaxtın Nəsimi rayonu metronun ''28 May'' stansiyası yaxınlığında yerləşən bir ərzaq mağazasındandır.
Külli miqdarda pulu götürdükdən sonra o, şübhə yaratmasın deyə, mağazanı dərhal tərk etmir. Öz növbəsini gözləmiş kimi dayanır, bir müddətdən sonra mağazadan çıxır.
Zərərçəkmişlər hadisədən axşam mağazanı bağlayıb, pulları hesablayarkən xəbər tutublar. Dərhal mağaza sahibi təhlükəsizlik kameralarına baxış keçirib. Pulun oğurlandığını gördükdən sonra ərazi üzrə Nəsimi rayon 22-ci polis bölməsinə məlumat veriblər.
Bölmədən bildirilib ki, hələlik həmin şəxs saxlanılmayıb. Onun əvvəlcə şəxsiyyətinin müəyyən edilməsi, daha sonra isə saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: