Bakıda piyada zolağından keçən qadını sərnişin avtobusu öldürdü – VİDEO
23-11-2017 11:24

Bakıda qadını sərnişin avtobusu vuraraq öldürüb.
Muxalifət.az "Report"a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yasamal rayonunda baş verib.
Belə ki, "Şamaxinka" kimi tanınan ərazidə piyada zolağından keçmək istəyən 1963-cü il təvəllüdlü Paşayeva Şahzadə Qoçu qızını dayanacağa daxil olan 65 nömrəli sərnişin avtobusu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb. Sürücü saxlanılıb.