​Bakıda parkın ortasında azyaşlı qıza sılahlı basqın

Baxış sayı:
5794

Bakıda azyaşlıya qarşı quldurluq olub.
Hüquq-mühafizə orqanlarından Muxalifet.az-a verilən məlumata görə, hadisə fevralın 8-də saat 16 radələrində Xəzər rayonu, Şüvəlan parkında qeydə alınıb. Maməlum şəxs parkda yetkinlik yaşına çatmayan G.L (ad şərtidir) bıçaqla basqın edərək qulağındandakı sırğaları götürərək qaçıb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq - silah və ya silah qismində istifadə edilən əşya ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.