Bakıda özünü binadan atan qız xəstəxanada öldü

Baxış sayı:
3199

Bir neçə gün əvvəl Bakı şəhər Xətai rayonu M.Rüstəmov küçəsindəki binadan özünü atan Əhmədova Aynurə Əhmədulla qızının həyatını xilas etmək mümkün olmayıb.
Muxalifet.az xəbər verir ki, gecə saat 04 radələrində yaşadığı mənzilin mətbəxinin pəncərəsindən özünü atan və ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən qadın müalicə aldığı müəssisədə vəfat edib.
Ölüm faktı ilə bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.