​Bakıda özünü beşinci mərtəbədən atan qız ağaca ilişib sağ qaldı

Baxış sayı:
11599

Bakıda 13 yaşlı yeniyetmə qız özünü öldürmək istəyib.
Bu barədə Oxu.Az-a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.
Aprelin 21-də saat 18:20 radələrində akademik Mir Cəlal Paşayev küçəsi ev 8 ünvanında 13 yaşlı Məmmədli Ülviyyə Ülvi qızı özünü beşinci mərtəbədən atıb. 
Xoşbəxtlikdən qız yerə düşən zaman ağaca ilişib və sağ qalıb.
Yeniyetmə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin sözlərinə görə, onun vəziyyəti orta-ağırdır.
Araşdırma zamanı məlum olub ki, Ü.Məmmədli həmin küçədə ev 24 ünvanında yaşayır. 
Hələlik onun intihara cəhd etməsinin səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.