​Bakıda özünü beşinci mərtəbədən atan qadın xəstəxanada ÖLDÜ

Bakıda qadın özünü beşinci mərtəbədən atıb.
"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.
Belə ki, noyabrın 17-də, gecə saatlarında Şərifzadə küçəsi 69 ünvanında 1968-ci il təvəllüdlü Rəna Zeynalova özünü yaşadığı binanın beşinci mərtəbəsindən yerə atıb. Nəticədə onun hər iki daban sümüyü sınıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, iki gün sonra xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldümrə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Fakt araşdırılır.