Bakıda özəl klinikada ölüm hadisəsi...

Baxış sayı:
3541

Bakının Nəsimi rayonunda yerləşən "Baku Medikal Plaza" klinikasında ölüm hadisəsi baş verib.
Muxalifet.Az report-a istinadən xəbər verir ki, klinikada ürəyindən əməliyyat olunan Bərdə rayon sakini, 70 yaşlı Cəlilova Günəş Həmid qızı əməliyyat masasında dünyasını dəyişib.
Hadisə ilə bağlı ailə üzvləri hüquq-mühafizə orqanlarına məlumat verib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.