Bakıda oyuncaq tapança ilə mağazaya BASQIN

Baxış sayı:
6151

Bakıda oyuncaq tapança ilə satıcını hədələyən keçmiş məhkum tutuldu.
Muxalifet.az DİN-ə istinadən xəbər verir ki, mayın 30-da Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yerləşən mağazaya gəlmiş naməlum şəxs xuliqanlıq zəminində orada satıcı işləyən Abşeron rayon sakini E.Əhmədovu və müştəri qismində olan paytaxt sakini E.Əsgərovu tapançaya bənzər əşya ilə öldürəcəyi ilə hədələmişdir.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Rəsulov saxlanılmış və evinə baxış zamanı 1 ədəd oyuncaq tapança aşkar olunaraq götürülmüşdür.