​Bakıda ölüm saçan avtobuslar da var - VİDEO

Baxış sayı:
121

Avtobus qəzaları zamanı ölümlə nəticələnən ağır faciələr hələ də aidiyyatı qurumlara dərs olmayıb.
Muxalifet.az avtosfer.az-a istinadən xəbər verir ki, hələ də bir çox sürücünün insan həyatının onlar üçün bir önəmi yoxdur. Belə ki, Bakı sakinlərinin birinin göndərdiyi videogörüntüdən görünür ki, oktyabrın 21-də saat 11:30 radələrində "Bibiheybət" ziyarətgahı ilə üzbəüz dayanacaqda 99 ND 364 dövlət nömrə nişanlı sərnişin avtobusunun demək olar ki, bir tərəfi yolun asfalt örtüyünə sürtünür. Açıq-aydın görünür ki, bu avtobus texniki cəhətdən saz deyil, sərnişin daşınmasına yaramır və istənilən bir sərt döngədə aşmağı an məsələsidir. Bu avtobusun növbəti dayanacağı sərnişinlərin ölümü olsa birbaşa təqsirkar marşrut xəttinin sahibi olacaq.