BAKIDA ÖLÜMƏ GEDƏN AVTOMOBİL: yüksək sürətlə manevr etdi, avtobusa çırpıldı və... - ŞOK GÖRÜNTÜLƏR

Baxış sayı:
5788

Bu gün Bakı şəhərinin Xətai rayonunda avtobusa çırpılan minik avtomobilinin qəzadan əvvəl təhlükəli hərəkət etməsini əks etdirən video yayılıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, videoda "KİA Rio" markalı avtomobilin qəzadan əvvəl Babək prospektində yüksək sürətlə və təhlükəli hərəkət etdiyi görünür. Yusif Səfərov küçəsindən dönüb Heydər Əliyev Əliyev prospekti istiqamətinə gedən avtomobil yol qovşağında 2 saylı marşrut xətti üzrə hərəkət edən marşrut avtobusuna çırpılıb. Avtomobili idarə edən sürücü, 1977-ci il təvəllüdlü Məmmədov Emin Vahid oğlu hadisə yerində vəfat edib.