​Bakıda OĞURLUQ - Qadının və qızının ağzını, qolunu bağlayıb...

Baxış sayı:
4027

Sabunçu rayon sakini Afət Əzizovanın evindən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, martın 15-də Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsi ərazisində yaşayan Afət Əzizovanın evinə girmiş 2 maskalı şəxs onun və qızı Firuzənin qol və ağızını yapışqanlı lentlə bağlayıb bıçaqla hədələyərək oradan 1700 manat pul oğurlayıblar.
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ramin Ağayev və Ceyhun Adıgözəlov saxlanılıb.