Bakıda oğurluq edən gənc kameraya belə yaxalandı - ANBAAN VİDEO

Baxış sayı:
6454

Bakıda şəhərin mərkəzi küçələrindən birində brend mallar satılan mağazadan oğurluq olub. Bir oğlan və üç qadın axşam saatlarında mağazaya daxil olub. Satıcı iddia edir ki, qadınlar satıcının onun başını qatıb, oğlan isə bahalı saat və bijuteriya oğurlayıb.
Satıcının digər müştərilərə başlarının qarışıq olduğunu görən oğlan əvvəlcə saatı götürür. Daha sonra isə saatın yaxınlığındakı bijuteriyanı oğurlayır. Görüntülər ötən gün paytaxtın Səbail rayonu Nizami küçəsində brend mallar satılan mağazanın təhlükəsizlik kamerasına düşüb.
Mağazanın satıcısı Esmira Hüseynova deyir ki, axşam saatlarında 3 qadın və bir oğlan mağazaya daxil olub. Qadınlardan biri ingilis, digəri isə rus dilində danışaraq özlərini əcnəbi kimi qələmə veriblər. Əsasən qadınlar paltar va ayaqqabılara baxdıqları üçün satıcı da mağazanın içində, amma bir qədər kənarda duran oğlana fikir verməyib.
Zərərçəkmiş mağaza sahibi hadisədən təxminən bir saat sonra xəbər tutub. Onlar kameralara baxarkən həmin şəxslərin oğurluq etdiyini görüblər. Zərərçəkmişlər iddia edirlər ki, həmin şəxslər əlbir olub bu şəkildə paytaxt ərazisində mağazalara daxil olaraq oğurluq edirlər.
Esmira Hüseynova onu da bildirib ki, həmin şəxslər xarici dildə danışsalar da, əslində Azərbaycan vətəndaşları olublar. İndi zərərçəkmişlər hadisə ilə bağlı polisə məlumat verəcəklər.