​Bakıda oğul atasını BIÇAQLADI

Baxış sayı:
4723

Bakıda ata oğlu tərəfindən bıçaqlanıb.
Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Xətai rayonu, R.Məmmədov küçəsi ev 20a, mənzil 7-də yaşayan, 1959-cu il təvəllüdlü Haqverdiyev Mübariz Talıb oğlu iyulun 4-də gecə saat 01 radələrində yaşadığı evdə bıçaqlanıb.
Yaralı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M.Haqverdiyevin öz oğlu, 1985-ci il təvəllüdlü Haqverdiyev Cavid Mübariz oğlu tərəfindən bıçaqlandığı məlum olub. C.Haqverdiyev saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır./Trend