Bakıda oğru dəstə saxlanıldı: aralarında qadın da var

Bakıda oğurluq edən qrup üzvləri saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin məlumatına görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avqustun 16-da rayon ərazisindəki mənzillərin birindən 12 000 manat və 1800 ABŞ dolları, habelə qızıl üzük oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri – Bakı şəhər sakinləri Baba Sadıqov, Afiyə Sadıqova və Elnur Qarayev tutulublar.