​Bakıda NATO-nun özünüqiymətləndirmə təlimi keçirildi - Foto

Baxış sayı:
3574

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun helikopter cütlüyünün birinci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilib.
Muxalifet.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim zamanı cütlüyün təchizatı, avadanlığı, rabitə vasitələri və digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə uyarlılıq səviyyəsi, sülhməramlı qüvvələr tərkibində, eləcə də müxtəlif əməliyyatlar zamanı taktiki tapşırıqların icrası qiymətləndirilib.
Cütlüyün qiymətləndirilməsi NATO-nun monitorinq qrupu və Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin mütəxəssisləri tərəfindən izlənilib.