​Bakıda narkobaron TUTULDU: 17 kq heroinlə

Baxış sayı:
7567

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, Belə ki, yanvarın 15-də Bakı-Qazax yolunun 36-cı kilometrliyində Sahil qəsəbəsi ərazisindəki YPX postunda Bakı şəhər sakini olan T.Kərimovun idarə etdiyi "Mitsubishi” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.
Onun sərnişini paytaxt sakini Andrey Fomenkonun üzərinə baxış keçirilən zaman 6,427 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxsin çantasına baxış zamanı oradan 16 kiloqram 250 qram marixuana və 470 qram heroin aşkar edilib.
Faktla bağlı saxlanılan şəxs barəsində Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.Əməliyyat və istintaq tədbirləri davam etdirilir.