​Bakıda naməlum şəxs özünü binadan atmaq istədi - FOTOLAR

Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində naməlum şəxs çoxmərtəbəli binanın damına çıxaraq özünü oradan atmaq istəyib.
Muxalifət.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib.
Xidmət əməkdaşları özünü atmaq istəyən kişini binanın damından düşürüb.
İntihara cəhd edən şəxsin adı-soyadı və tələbləri bilinməyib.