Bakıda ən yüksək maaş bu sahədə çalışanlara verilir

Baxış sayı:
11629

2019-cu yanvar-iyun aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 3,5 faiz artaraq 816,8 manat olub.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.
Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.