​Bakıda nə qədər içki istehsal olunub?

Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə 315,9 milyon manat dəyərində qida məhsulları, içki və tütün məmulatları istehsal olunub.
Bakı şəhər Statistika İdarəsindən Muxalifet.az -a bildirilib ki, həmin dövr ərzində əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 0,3 faiz, içki istehsalında 19,2 faiz artım, tütün məmulatlarının istehsalında isə 51,7 faiz azalma müşahidə olunub.
Bu sahələrin əsas məhsullarından kolbasa məmulatlarının istehsalı 82,8 faiz, pendir və kəsmik istehsalı 95,3 faiz, şirin peçenye istehsalı 2,2 dəfə, şokolad şirniyyat məmulatları istehsalı 23,0 faiz, insanın qidalanması üçün yararlı olan duz istehsalı 7,4 faiz, pivə istehsalı 2,5 dəfə, alkoqolsuz içkilərin istehsalı isə 5,6 faiz artıb.