Bakıda müəllim koronavirusa klip çəkdi - VİDEO

Baxış sayı:
1483

Türkiyənin Ərzurum şəhərindən olan Səmih İpək Bakıda koronavirus infeksiyasına mahnı həsr edərək klip çəkdirib.

Klipdə Azərbaycanda təhsil alan çinli tələbələr də iştirak ediblər.

Mahnının yaradılmasında məqsəd insanlara virusdan qorxmamaq və ona qarşı birlikdə mübarizə aparmaq mesajlarını verməkdir. Klipdə çinli tələbələr "Bəşəriyyət koronanı məğlub edəcək" deyirlər.

Qeyd edək ki, S.İpək Bakı Atatürk Liseyində Türk dili müəllimi işləyir.