Bakıda məşhur şadlıq sarayında kütləvi dava - YARALILAR VAR

Baxış sayı:
2186

Bakıda şadlıq sarayında kütləvi dava baş verib.

Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən “Ağ çiçəyim” şadlıq evində qeydə alınıb.

Toy mərasimində iştirak edən qonaqlar arasında yaranan mübahisə kütləvi davaya çevrilib. 

Nəticədə, iki nəfər - 1982-ci il təvəllüdlü Ruslan Məmmədov və 1978-ci il təvəllüdlü Mirbəhrəm Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisə zamanı R.Məmmədovun burnu sınıb.

Faktla bağlı araşdırma aparılır.