​Bakıda məşhur dönərxananın sahibi TUTULDU: 12 nəfərin zəhərlənməsinə görə...

Baxış sayı:
4953

Bakıda dönər yedikdən sonra 12 nəfərin zəhərlənməsinə görə sahibkar tutulub.
İyunun 25-də 12 nəfərin dönər yedikdən sonra zəhərləndiyi Xətai rayonu, Babək prospektində yerləşən "Qədir xum” adlı dönərxananın sahibi cinayət məsuliyyətinə cəlb edilib.
Sahibkar Məmmədov Ramis Arif oğlu Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb.
İstintaq davam etdirilir.