Bakıda məşhur “avtoş” öldürüldü – "CABİR - 012" / VİDEO

Baxış sayı:
4570
Bu gün İnstagram və Youtube sosial şəbəkəsində Mərdəkan qəsəbəsində qətl hadisəsi törədilməsi barədə məlumat yayılıb. 
Muxalifet.az avtosfer.az-a istinadən xəbər verir ki, hər iki sosial şəbəkədə Bakıda "Cabir-012” ləqəbi ilə tanınan məşhur "avtoş”un ölümü barədə xəbərlər yer alıb. Bildirilir ki, hadisə noyabrın 17-də, saat 16-17 radələrində Mərdəkan qəsəbəsində baş verib. Cabirin güllələnərək öldürüldüyü bildirilir. Qeyd olunur ki, onun qardaşı da bir neçə il əvvəl güllələnərə qətlə yetirilib.
 
Məlumat gec daxil olduğundan rəsmi qurumlarla dəqiqləşdirmək mümkün olmadı. Lakin hər iki sosial şəbəkədə yayılan xəbərlərə yazılan şərhlərdə də Cabirin ölüm xəbərini təsdiq edənlər var.