​Bakıda möhtəşəm Fez festivalı - Foto

Baxış sayı:
8440

Bu gün Muğam Mərkəzində Mərakeş Krallığının təşkil etdiyi ənənəvi Fez festivalı keçirilib.
Muxalifet.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan festivalı Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşın öz nitqi ilə açıq elan edib.
Cənab səfir Azərbaycanla Mərakeş arasında mövcud olan ikitərəfli münasibətləri yüksək qiymətləndirib və ölkələr arasında mövcud olan körpünün güclü dayaqlara söykəndiyini vurğulayıb.
Dörd hissəli proqram boyu bir-birindən maraqlı ifalar iştirakçıların könlünü oxşayıb.
Tədbirdə həmçinin Murad Hüseynov, Əbülfəz Qarayev və digərləri də iştirak edib.