​Bakıda mənzildən 3 min manatlıq qızıl oğurlanıb

Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 16-da rayon ərazisindəki evlərdən birindən 300 manat pul və 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Qəbələ rayon sakini Anar Aslanov tutulub.