​Bakıda mənzildə meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xətai rayonunda bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Muxalifet.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar. 
Onlar mənzilin qapısını açıblar və 1967-ci il təvəllüdlü Rubakova Valentina Vladimirovnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.