​Bakıda məmur cəzalandırıldı - Bu görüntülərə görə

Baxış sayı:
18970

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə paytaxtın Xəzər rayonu ərazisində reyd keçirib. 
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, reyd zamanı Zirə qəsəbəsində yerləşən su kanalının ətrafında məişət tullantılarının qalaqlanması faktı aşkar olunub. 
Xəzər rayon İcra Hakimiyyətinin Zirə qəsəbə nümayəndəsi F.Məlikov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi)  maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilib və 2000 manat məbləğində cərimələnib. Həmçinin, həmin ərazinin təmizlənməsi tələb olunub. 
Qısa müddətdə su kanalı və onun ətrafı təmizlənərək abadlaşdırılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.