​Bakıda əməliyyat - Heroin satanlar tutuldu

Baxış sayı:
112

Bakıda külli miqdarda heroin satan şəxs yaxalanıb.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki "Göyəzən" restoranında baş verib.
Bakı şəhər sakini Mirzəyev Fərid Misir oğlunun 1 kiloqram heroini satmaq istəməsi barədə Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə məlumat daxil olub.
F.Mirzəyev adıçəkilən restoranda 1 kiloqram 118,2 qram narkotik vasitə hesab edilən heroini 22 min manata şərti alıcı Mustafayev Elçin Mustafa oğluna satmaq üçün sövdələşib. Sonra onun zəngi ilə Səbail rayonu Bayıl qəsəbəsi, 20-ci dairə ərazisində əmisi oğlu Bayrıyev Müslüm Əhmədağa oğlu həmin narkotik maddəni E.Mustafayevə satarkən polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.